Median.Az xəbər verir ki, avqustun 16-da Səbail rayonu ərazisindən Kliniki Tibbi Mərkəzə kəsilmiş-dəşilmiş xəsarətlərlə Bakı şəhər sakinləri Vüqar Cəfərov və Rövşən İmanquliyev gətirilərək, üzərlərində cərrahi əməliyyat aparılıb. Onların həyatları həkimlər tərəfindən xilas edilib.
Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsgəndərovu saxlayıblar.
Səbail RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.