Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Viktor Çekunovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il aprelin 26-da əcnəbi vətəndaş Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək, onun mobil telefonunun alan əvvəllər məhkum olunmuş Viktor Çekunov saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış avqustun 20-nə təyin edilib.