Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Rəşad İbrahimzadənin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il mayın 1-də səhər saat 10 radələrində Xətai prospektində, "Atlas" klinikasının qarşısında Rəşad İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı, Zəhra İbrahimovaya (1988-сi il təv.) və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə (1982-ci il təv.) bıçaqla çoxsaylı xəsarətlər yetirərək, hadisə yerindən qaçlb. Nəticədə Z.İbrahimova kəskin qanitirmədən hadisə yerində keçinib, E.Əliyev isə Kliniki Tibbi Mərkəzə çatdırılaraq, həyatı xilas edilib. Hadisə yerinə Nərimanov RPİ, 18-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, meyitə və hadisə yerinə baxış keçirilib.
Səhərisi gün R.İbrahimzadə Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək, təslim olub. Bundan sonra o, Nərimanov RPİ-nin əməkdaşlarına təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış avqustun 20-nə təyin edilib.