Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları daxil olan məlumat əsasında Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş İqbal Mirzəyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar ediblər.
Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Ulacalı kənd sakini Xəyyam Sadıqova məxsus həyətyanı sahədən 5 ədəd çətənə kolu, evindən isə 450 qram marixuana aşkar edilərək, götürülüb, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Veravul kənd sakini Turan Yusifova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu götürülüb
Faktlarla bağlı cinayət işləri başlanılıb.