Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 6-da Bakı şəhər sakini F.Tanrıverdiyevi bıçaqla hədələyib pulunu və 2 ədəd mobil telefonunu ələ keçirən Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Əmirxanlını, Sənan Ağazadəni və Goranboy rayon sakini Elman Musavini saxlayıblar.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.