Mojo.az Banner
23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Bakıda oğul atasını homoseksual olduğu üçün yandırdı — ŞOK TƏFƏRRÜATLAR

05.02.2018 13:16 5 986
Bakıda oğul atasını homoseksual olduğu üçün yandırdı — ŞOK TƏFƏRRÜATLAR
2 nəfərlə əlbir olaraq atasını bıçaqlayaraq yandıran oğul atası barədə şok ifadə verib.

Median.Az xəbər verir ki, “Ölkə.Az”-a daxil olan məlumata görə, 21 yaşlı Elməddin Əliyev saxanılan zaman prokurorluğa verdiyi ilkin ifadə zamanı atasının cinsi azlığın nümayəndəsi olduğunu bildirib. Belə ki, hərbi xidmətdən gələn E.Əliyev məhəllədə atası barədə xoşagəlməz sözlər eşidib. Tay-tuşları atası İbrahim Əliyevin homoseksual olduğunu, hətta bir neçə nəfərin onunla cinsi əlaqəyə girdiyini bildiriblər. Biabırçılığa dözə bilməyən oğul Vəlican Dadaşov və Nəcməddin İsmayılovla birləşərək atasını öldürmək qərarına gəlib. Artıq E.Əliyevin ifadəsi əsasında İ.Əliyevin meyiti üzərində əlavə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın verəcəyi rəydən sonra İ.Əliyevin cinsi azlığ olub-olmaması məlum olacaq.

Xatırladaq ki, fevral ayının 3-də Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Qeyd edək ki, qətlə yetirilən İ.Əliyev gəmidə matros işləyib.скачать dle 11.3
Mojo.az Banner