Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu heyvanların Azərbaycana idxalının qarşısı alındı

12.05.2026 17:03 414
Bu heyvanların Azərbaycana idxalının qarşısı alındı
Zoonoz xəstəlik şübhəsi olan heyvanların Gürcüstandan Azərbaycana idxalının qarşısını alıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, mayın 12-də Gürcüstanın "Universal Business Company" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan "Qırmızı Körpü" Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib.

Aparılan kliniki baxış zamanı iki baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması (40,5 və 40°C) müəyyən edilib.

Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu və ya digər xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur.

Mövcud riskləri nəzərə alaraq heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə, yük partiyası geri qaytarılıb.

Xatırladaq ki, AQTA tərəfindən cari ilin 5 may tarixində də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb. Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, idxal zamanı mövcud prosedurları həyata keçirsinlər. Əks təqdirdə həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək.скачать dle 11.3
Mojo.az Banner