15:46 Gəncədə heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb  |     15:38 Paytaxtda 10 000 manatlıq oğurluq edənlər saxlanılıb  |     15:01 Apteklərdə yoxlama aparıldı - Nöqsanlar üzə çıxdı  |     14:57 Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq  |     14:50 "Prius" sürücüsü ad gününə gedən qadını qarət etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI  |     14:37 Bakıda əlillik dərəcəsi almaq vədi ilə dələduzluq edən QADIN SAXLANILDI  |     14:20 Hesablama Palatası: "Yalnız bir rayon büdcədən dotasiya alacaq"  |     14:01 Bakıda 25 il əvvəl üç nəfərin qətlində ittiham edilərək axtarışda olan şəxsə HÖKM OXUNDU  |     13:48 Dabaq xəstəliyinə görə bu rayonda karantin tətbiq edildi - Türkiyədə  |     13:47 Hakim Rasim Sadıxov son hökmünü oxudu - FOTO  |     13:42 Bakı-Qazax yolunda yük maşını aşdı - VİDEO  |     13:39 Bəzi yerlərə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     13:37 Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində olub - Video  |     13:16 16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI  |     13:05 Siyəzəndə yeni doğulan körpə ÖLÜB  |     12:55 Növbəti il üçün dövlət büdcəsinin gəlir və xərcləri - Açıqlandı  |     12:55 Sumqayıtda top mərmisi tapıldı - Video  |     12:54 “E-Polis” tətbiqində bu arayışı bir neçə saniyəyə almaq olur - Video  |     12:52 Bakı küçələrində bunu etsəniz, 300 manat cərimələnəcəksiniz  |     12:51 “10 manatlıq bileti 50-dən aşağı satan yoxdur” - VİDEO  |    

AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələf olunması ilə bağlı açıqlama verib.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin “1003 - Çağrı Mərkəzi”nə Tərtər rayon, Seydimli kənd sakini Mədətov Ramiz Cavanşir oğluna məxsus təsərrüfatda heyvanların tələf olması ilə bağlı daxil olmuş məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə həmin təsərrüfatda araşdırma aparılıb:

“Araşdırma zamanı heyvanlarda tələfat olduğu müəyyən edilib, kliniki müayinələr aparılıb və tələf olmuş heyvanlardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan laborator müayinələrin nəticələrinə əsasən, nümunələrdə fasiolyoz xəstəliyinin (helmint xəstəliyi) törədicisi aşkar edilib. Təsərrüfatda mütəxəssislər tərəfindən müvafiq baytarlıq tədbirləri yerinə yetirilib və təsərrüfatın sağlamlaşdırılması ilə bağlı lazımi işlər həyata keçirilib”.

“Hazırda sözügedən təsərrüfatda xırdabuynuzlu heyvanlar arasında tələfatın qarşısı alınıb.
Agentlik bir daha vətəndaşlara diqqətli olmağı, heyvanlarda rast gəlinən xəstəlik halları barədə dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”, - deyə AQTA-dan qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 30.03.21 15:18