Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə xırdabuynuzlu heyvanların ölüm səbəbi bəlli oldu

02.04.2018 15:38 1 924
Kürdəmirdə xırdabuynuzlu heyvanların ölüm səbəbi bəlli oldu
Kürdəmirin Ərəb Qubalı kəndində heyvanların tələf olmasının səbəbi bəlli olub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, kənddə araşdırmalar aparılıb. Kənd sakini Əmrah Şirinova məxsus şəxsi təsərrüfda 128 baş xırdabuynuzlu heyvan saxlanılır, 2 baş xirdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə zəifləyib. Rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.

Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəlklərinin törədiciləri aşkarlanıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlar üzərində özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, onlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir.скачать dle 11.3

Son xəbərlər