Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur - FOTO

18.09.2019 23:49 1 864
Lənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur - FOTO
Lənkəranda şəxsi təsərrüfatların birində xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayılıb. Heyvanlar naməlum xəstəlikdən tələf olur.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Digah kəndində Qasımovların təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəlik nəticəsində heyvanların dırnaqları uzanır, soyulur və çürüyür.

Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar.

Təsərrüfat sahibi Dilbər Qasımova bidirib ki, onun 150-yə qədər qoyunu olub. Əksəriyyəti tələf olub. Yerli sahə baytarının vurduğu iynə-dərmanın da xeyri olmur. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması təsərrüfatçıları çox narahat edir.

Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatda saxlanılan digər növ heyvanlara keçməsindən ehtiyat edirlər. Artıq dördüncü ildir ki, təsərrüfatda oxşar hadisə baş verir.

Lənkəran rayon Baytarlıq İdarəsindən problemdən yeni xəbər tutduqlarını bildirərək, kənddəki xırdabuynuzlu heyvanların olduğu təsərrüfatları nəzarətə götürəcəklərini deyiblər.

Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov bildirib ki, xəstəliyin nə olduğunu müəyyən etmək üçün onu birinci laboratoriya müayinə eləməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz:

“Dırnaq çürüməsi mikrobakterioz xəstəlik ola bilər. Onların da peyvəndi baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan əyləşir, dura bilmir, qida məhsullarını qəbul edə bilmir, yekunda da tələf olur. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək”.

Əzizağa İsgəndərov həmçinin qeyd edib ki, heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.

скачать dle 11.3

Son xəbərlər