Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA

30.03.2021 22:23 966
AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA
AQTA-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin “1003 - Çağrı Mərkəzi”nə Tərtər rayon, Seydimli kənd sakini Mədətov Ramiz Cavanşir oğluna məxsus təsərrüfatda heyvanların tələf olması ilə bağlı daxil olmuş məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə həmin təsərrüfatda araşdırma aparılıb:

“Araşdırma zamanı heyvanlarda tələfat olduğu müəyyən edilib, kliniki müayinələr aparılıb və tələf olmuş heyvanlardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan laborator müayinələrin nəticələrinə əsasən, nümunələrdə fasiolyoz xəstəliyinin (helmint xəstəliyi) törədicisi aşkar edilib. Təsərrüfatda mütəxəssislər tərəfindən müvafiq baytarlıq tədbirləri yerinə yetirilib və təsərrüfatın sağlamlaşdırılması ilə bağlı lazımi işlər həyata keçirilib”.

“Hazırda sözügedən təsərrüfatda xırdabuynuzlu heyvanlar arasında tələfatın qarşısı alınıb.
Agentlik bir daha vətəndaşlara diqqətli olmağı, heyvanlarda rast gəlinən xəstəlik halları barədə dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”, - deyə AQTA-dan qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner