Mojo.az Banner
20:50 "Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi  |     20:36 Gəncədə zavod ərazisində YANĞIN  |     20:29 Xamenei üç yerdən yaralanıbmış - İran ilk dəfə açıqladı  |     20:23 Azərbaycanda DƏHŞƏT: Uşaq bağçasının həyətində meyit tapıldı  |     20:07 Trampdan hantavirus açıqlaması  |     20:01 BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır  |     19:47 Yollarla bağlı xəbərdarlıq  |     19:39 Həmin görüntülərə görə üzr istədi –Video  |     19:33 Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ  |     19:25 Gec yatmaq ömrü qısaldır? – ARAŞDIRMA  |     19:20 Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq  |     19:14 Şəkərli diabetin gizli siqnalları: Bu əlamətlərə diqqət yetirin!  |     19:05 Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin - Xəbərdarlıq  |     19:00 Qırmızı kod: Sakit okeanda son 150 ilin ən güclü anomal hadisəsi baş verə bilər  |     18:53 Maksimum bal toplayan şagird bu universiteti seçir  |     18:48 Bakının bu rayonunda milyonluq evlər satışa çıxarıldı  |     18:40 İki sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal: "Söyüş kimi cavab verdilər" (Video)  |     18:35 "Mexanika"da D hərfi əslində nədir? - Sürücülərin çoxunun düşündüyü kimi deyil  |     18:27 Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH  |     18:22 Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?  |    
Left Banner
Right Banner

Toya hazırlaşan oğlanın dəhşətli qətli — Məhkəmə

03.02.2018 21:43 12 858
Toya hazırlaşan oğlanın dəhşətli qətli — Məhkəmə
Ağdaş rayonunda bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə təqsirləndirilən 37 yaşlı Cabir Savxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqanı Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl Ağdaş rayonunun Qəribli kəndində törədilib. Kənd sakini Cabir Savxanov həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb.

Onların arasında mübahisə kənddə keçirilən toy məclisində düşüb. İçkili vəziyyətdə olan Cabir Savxanov Sahib Həsənovla mübahisəni toyxanadan kənarda davam etdirmək üçün onu çölə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun sol buduna bir neçə zərbə endirib.

Qəribli kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşdiyindən yaralı xəstəxanaya gec çatdırılıb və nəticədə o, dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin də daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Cinayəti törədən Cabir Savxanov hadisədən bir neçə saat sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, ailəlidir, 2 övladı var. Nişanlı olan Sahib Həsənovun ailəsi onun toyuna hazırlaşırmış.

Cabir Savxanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü günahkar bilib.

Növbəti proses fevralın 15-də davam edəcək.скачать dle 11.3
Mojo.az Banner