Mojo.az Banner
13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |     13:11 İş adamı qəfil vəfat etdi  |     13:02 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq  |     23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Maksimum bal toplayan şagird bu universiteti seçir

09.05.2026 18:53 402
Maksimum bal toplayan şagird bu universiteti seçir
Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu. İmtahanda maksimum - 300 bal toplayan şagirdlərdən biri də Aydan Gülalıyevadır.

O, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdidir.

Aydanın maksimum bal toplaması münasibətilə AzEdu.az ondan təəssüratlarını öyrənib.

Şagird qeyd edib ki, maksimum bal toplamaq onun üçün gözlənilən olub:

"Nəticəmi görəndə, əlbəttə ki, çox sevindim. Maksimum bal toplayacağımı gözləyirdim. İmtahana hazırlaşarkən özüm üçün plan qururdum və hər fənnə kifayət qədər vaxt ayırmağa çalışırdım. Düşünürəm ki, uğurumun əsas sirri davamlı və məqsədyönlü çalışmağım olub”.

Lisey müəllimlərimin köməyi ilə hazırlaşdım:

"Gün ərzində dərs hazırlığı üçün xüsusi vaxt müəyyən edirdim. Repetitor yanına getmirdim, liseydəki müəllimlərimin dəstəyi mənim üçün kifayət edirdi.

11-ci sinif imtahanında da maksimum nəticə göstərəcəyimə inanıram. Hazırlıq müddətində diqqətimi əsasən dərslərə yönəldirdim, sosial şəbəkələrdən isə mümkün qədər uzaq durmağa çalışırdım.

Gələcəkdə ali təhsilimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə davam etdirmək istəyirəm”.скачать dle 11.3
Mojo.az Banner