Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Onlar imtahanlarda maksimum bal toplayıblar: biri məşğələyə belə getməyib - FOTO

03.07.2019 14:42 4 001
Onlar imtahanlarda maksimum bal toplayıblar: biri məşğələyə belə getməyib - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

DİM-in açıqlamasına görə, imtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent test tapşırıqlarına düzgün cavab verib və maksimum, yəni 400 bal toplayıb.

Maksimum bal toplayan abituriyentlərdən biri Elza Qurbanovadır. O, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.

E.Qurbanova deyir ki, bakalavr təhsilini Azərbaycanda almağı planlaşdırır:

“Mühəndis olmaq istəyirəm. Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayıram. Bu arzumu reallaşdıracağam.

Magistratura təhsilini isə xaricdə almağı düşünürəm. Qəbul və buraxılış imtahanları ilə birlikdə ümumi balım 688,6-dir. Valideynlərimin və müəllimlərimin də əməyi çoxdur, onlara təşəkkür edirəm”.

İmtahanda maksimum bal toplayan şagirdlərdən biri də Mingəçevir şəhər sakini Aysel Seyidəhmədovadır.

O bildirib ki, ali məktəbə hazırlaşan zaman heç bir əlavə məşğələyə getməyib:

“Məktəbdə dərslərimi yaxşı oxumuşam və universitetə hazırlaşmışam. Ümumi 666 bal toplamışam. Hansı universitetdə təhsil alacağıma hələ tam qərar verməmişəm. Bakı Dövlət Universitetində ingilis dili üzrə riyaziyyat müəllimliyi ixtisasını seçə bilərəm”.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner