Mojo.az Banner
20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH

09.05.2026 18:27 429
Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH
Xəbər verdiyimiz kimi “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-ləri Bakı Metropoliteni QSC-yə birləşdirilib.

Yeni idarəetmə modeli sərnişin daşımalarında koordinasiyanı artıra biləcəkmi? Metro, avtobus və taksi xidmətlərinin vahid qurum altında birləşdirilməsi marşrutların planlaşdırılması, xidmət keyfiyyəti və tarif siyasətinə necə təsir göstərəcək?

Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir:

“Yəni burada əsas hədəf metro sisteminin təkcə sərnişindaşıma funksiyası ilə məhdudlaşdırılmaması, bütövlükdə relsli nəqliyyatın idarəedici mərkəzinə çevrilməsidir. Həmçinin tramvay xətlərinin çəkilməsi, qaraj və depolarının yaradılması da artıq “Bakı Metropoliteni” QSC-yə tapşırılır”.

Ekspertin fikrincə, bu qərar hazırda mövcud olan şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər. Onun sözlərinə görə, əsas məsələ qəbul edilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır.

“Bu şərt təmin olunsa, Bakı yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola bilər. Burada məsələ ondan ibarətdir ki, metro artıq relsli nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay layihələrinə tətbiqi layihələndirmə və tikinti müddətini azalda, texniki riskləri minimuma endirə, idarəetmədə vahid standartların tətbiqini təmin edə bilər. Şəhər mobilliyinə biz artıq nail olmuşuq”.


O bildirib ki, ekoloji cəhətdən təmiz avtobuslarla Bakı şəhəri təmin olunub, mikromobillik vasitələri üçün zolaqlar yaradılıb:

“Əhali, əsasən gənc nəsil, skuterlərə üstünlük verməyə başlayıb. Velosipedlər şəhərdə sadəcə əyləncə vasitəsi kimi deyil, birbaşa nəqliyyat vasitəsi kimi istifadə olunur. Yeni qərar şəhər mobilliyinin transformasiyasını daha da sürətləndirəcək”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında qeyd edib ki, “Bakı Metropoliteni” QSC-nin, “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərinin bir qurumda idarə olunması, bunun ardınca tramvayın da bu sistemə əlavə edilməsi ictimai nəqliyyatın əsas növlərinin vahid mərkəzdən idarə olunacağı anlamına gəlir.

Ekspertin fikrincə, bu dəyişiklik ümumilikdə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərəcək.

“Düşünürəm ki, növbəti addım qurumların ad məsələsinə baxılması olacaq. Ümumilikdə ictimai nəqliyyatın bir mərkəzdən idarə olunması faydalıdır və əlverişlidir. Çünki metro hansısa bir məntəqəyə qədər sərnişinləri daşıyırsa, onun davamını avtobuslar təmin edir və yaxud avtobusun daşıdığı sərnişin növbəti mərhələdə metroya yönəlir. Bundan sonra taksidən istifadə etmək imkanı da yaranır. Ardınca yenilik kimi tramvaylar xəttə çıxsa, sərnişinlər tramvaylardan da istifadə edəcəklər. Yəni bu proses əlaqəli şəkildə qurulacaq. Metronun olmadığı ərazilərdə tramvaylar fəaliyyət göstərəcək və onların daşıdığı sərnişin yükünü avtobuslar tamamlayacaq”.скачать dle 11.3
Mojo.az Banner