Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?

08.05.2026 21:58 654
Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, BakuBus və Bakı Taksi Xidməti MMC-ləri “Bakı Metropoliteni”nə birləşdiriləcək. Sənədə uyğun olaraq bəzi əvvəlki fərman və sərəncamlarda dəyişiklik edilib, bir qismi isə ləğv olunub. Bəs bu qərar Bakının ictimai nəqliyyat sistemində hansı yeniliklərə yol açacaq?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Median.Az-a açıqlamasında bildirib ki, fərmanın əsas mahiyyəti paytaxt ərazisində dövlətə məxsus sərnişindaşıma xidməti göstərən üç qurumun birləşdirilməsidir. Onun sözlərinə görə, bu addım irəliyə doğru mühüm dəyişiklik hesab olunmalıdır.
Ekspert qeyd edib ki, birləşmə nəticəsində bir neçə istiqamətdə ümumi işin yaxşılaşdırılması mümkün olacaq:

“Əvvəla onu qeyd etmək lazımdır ki, bu qərar nəticəsində həmin üç təşkilatın vahid qurumda birləşdirilməsi idarəetmə xərclərinin azalmasına və sistemin sadələşməsinə səbəb olacaq. Çünki əvvəllər üç ayrı təşkilat fəaliyyət göstərirdi, indi isə onlar bir qurum şəklində fəaliyyət göstərəcəklər. Bu da həm idarəetməni asanlaşdıra, həm də xərcləri müəyyən qədər azalda bilər”.

Ə.Hüseynov bildirib ki, bu addım ictimai nəqliyyatın əsas növləri arasında inteqrasiyanı da gücləndirəcək:

“Artıq vahid təşkilat fəaliyyət göstərəcəyi üçün sərnişindaşımanın müxtəlif növləri arasında uzlaşma daha sıx olacaq. Bu, xüsusilə Bakıdakı nəqliyyat mübadilə mərkəzlərinin fəaliyyətinə müsbət təsir göstərəcək. Avtobusdan metroya keçid və digər daşımalar daha çevik təşkil olunacaq”.

Ekspert fərmanda tramvaylarla sərnişindaşıma xidmətinin də nəzərdə tutulduğunu vurğulayıb:

“Bu o deməkdir ki, Bakı şəhərində tramvayın bərpası artıq real görünür və tramvay nəqliyyatının fəaliyyətə başlaması mümkün olacaq. Bütün bunların nəticəsində ictimai nəqliyyat sistemi daha operativ və müasir idarə oluna bilər. Xüsusilə təşkilati və maliyyə baxımından, həmçinin gedişhaqlarının toplanması və idarə olunması baxımından sistem daha şəffaf və çevik ola bilər”.

Ekspert hesab edir ki, cəmiyyət bu dəyişikliklərin faydasını yalnız əlavə investisiyalar qoyulduğu halda hiss edəcək:

“Metrostansiyaların sayı artırılmalı, avtobus parkları yenilənməli, avtobusların sayı çoxaldılmalı və onların fəaliyyəti dəqiq qrafik üzrə təşkil edilməlidir. Cəmiyyət bu dəyişikliklərin real faydasını məhz həmin addımlardan sonra görəcək. Fərman isə bunun üçün zəmin yaradır”.скачать dle 11.3
Mojo.az Banner