Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?

09.05.2026 18:22 462
Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?
"Həm şəhərdaxili mobilliyin təmin edilməsi, həm də rayonlararası istiqamətlərdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni qatarların alınması prosesi yekunlaşmaq üzrədir".

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov AZƏRTAC-a açıqlamasında məlumat verib.

ADY sədri bildirib ki, rayonlararası marşrutlarda istismar olunması üçün dörd yeni qatar və dörd lokomotivin alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Bu addım ölkə daxilində sərnişinlərin daha rahat və sürətli daşınmasına imkan verəcək.

Son xəbərlər