Mojo.az Banner
17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB

08.05.2026 16:10 639
Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB
Yevlax-Bərdə dəmir yolu xəttində əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Yevlax-Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10-60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.

Qeyd edilib ki, dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı-Ağdam-Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq.скачать dle 11.3
Mojo.az Banner