Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Bakının bu rayonunda milyonluq evlər satışa çıxarıldı

09.05.2026 18:48 378
Bakının bu rayonunda milyonluq evlər satışa çıxarıldı
Yay fəsli yaxınlaşdıqca, paytaxtın müxtəlif ərazilərində daşınmaz əmlakın kütləvi satışı müşahidə olunur.

"Yeni Sabah” xəbər verir ki, Bakının mərkəz hissəsini təşkil edən Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında yeni tikili mənzillərin qiymətində ciddi artım nəzərə çarpır.

Aprelin əvvəllərində yağan intensiv yağışlardan sonra həyət evlərində baş verən subasma və drenaj problemləri daşınmaz əmlakın bu seqmentinə olan alıcı marağını kəskin şəkildə azaldıb. pizza sifarişi

Hazırda bahalı mənzillərin ən çox satıldığı ərazi Nəsimi rayonudur. Rayonun "28 May” metrostansiya yaxınlığında yerləşən yenitikili binalarda dəyəri 1 milyon manatdan yuxarı olan çox sayda mənzil satışa çıxarılıb.

Nəsimi rayonu, Neftçilər prospektində yerləşən "Cresent Residences”ə məxsus binada təklif olunan 171 kvadratmetr sahəli mənzilin dəyərli 2 milyon 420 min manatdır. 3 otaqdan ibarət olan mənzil 33 mərtəbəli binanın 28-ci mərtəbəsində yerləşir. Binada sakinlər üçün yeraltı parkinq, qapalı hovuz və müasir fitnes zalı kimi xidmətlər mövcuddur.

Sözügedən yaşayış kompleksində yerləşən daha bir mənzil isə nə az nə çox, 3 milyon 625 min manata təklif edilir. 260 kvadratmetr sahəsi və 5 otağı olan əmlakın ipoteka ilə satışı da mümkündür.

"28 May” metrostansiyasının yaxınlığında satışa çıxarılan 4 otaqlı yenitikili mənzilin qiyməti 1 milyon 240 min manat təşkil edir. Çıxarışlı və təmirli mənzilin sahəsi 240 kvadratmetrdir. Mənzil məktəb, baxça, aptek və supermaketlərin yaxınlığında yerləşir.скачать dle 11.3
Mojo.az Banner