Mojo.az Banner
16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

09.05.2026 19:20 363
Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq
Azərbaycanda pensiya yaşının artırılması illərdir müzakirə olunan sosial məsələlərdən biridir. Xüsusilə keçmiş sovet ölkələri ilə müqayisədə ölkədə pensiyaya çıxış yaşının daha yüksək olması cəmiyyətdə narazılıq yaradır. Bir çox vətəndaş pensiya yaşının azaldılmasının həm sosial ədalət, həm də insanların əmək fəaliyyətindən sonra normal həyat sürməsi baxımından vacib olduğunu düşünür.
 
Maraqlıdır, iqtisadi və demoqrafik reallıqlar fonunda Azərbaycanda gələcəkdə pensiya yaşının azaldılması mümkündürmü?
 
Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, Azərbaycanda pensiya yaşının azaldılması məsələsi əsasən iqtisadi imkanlardan və demoqrafik vəziyyətdən asılıdır:
 
“Hazırda ölkədə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə mərhələli şəkildə 65 yaşa çatdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta ömür uzunluğu təxminən 73-74 ildir və bu da pensiya sisteminə əlavə yük yaradır. Azərbaycanda hazırda təxminən 1.1 milyon pensiyaçı var və hər il Sosial Müdafiə Fondunun xərcləri artır. 2025-ci il dövlət büdcəsində pensiya və sosial ödənişlər üçün 7 milyard manatdan çox vəsait nəzərdə tutulub. Pensiya yaşının məsələn 2 il azaldılması büdcəyə əlavə yüz milyonlarla manat yük gətirə bilər. Buna baxmayaraq, ağır və təhlükəli peşələrdə çalışanlar üçün erkən pensiya imkanlarının genişləndirilməsi daha real variant sayılır”.

İqtisadçının sözlərinə görə, Avropa və keçmiş sovet ölkələrinin əksəriyyətində də pensiya yaşı 63-67 aralığındadır:
 
“Ekspertlər hesab edir ki, qeyri-rəsmi məşğulluq azalsa və maaş fondu artsa, gələcəkdə daha çevik pensiya modeli mümkün ola bilər. Buna görə yaxın illərdə ümumi yaş həddinin kəskin azaldılması çətin görünsə də, müəyyən sahələr üzrə güzəştlər mümkündür”.
скачать dle 11.3
Mojo.az Banner