Naxçıvanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.