Mojo.az Banner
22:16 Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı  |     21:59 Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb  |     21:58 Gəncədə tövlə yandı, ev quşları tələf oldu  |     21:53 Elvin üçün "Qarabağ"a 3 milyon avroluq təklif gəlib?  |     21:38 Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ  |     21:35 Moskva məhkəməsi Filipp Kirkorova mülklərini saxlamağa icazə verdi  |     20:41 Türkiyədə silahlı şəxs müəllimə hücum etdi  |     20:28 Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...  |     20:28 ARB telekanalının yayımı 24 saatlıq dayandırılacaq - QƏRAR  |     20:03 "Qanunsuz ayrılmış 3 min hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılıb"  |     19:55 Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb  |     19:44 Bakıda 10 milyon dollarlıq dələduzluqda ittiham olunan çinli iş adamına "stop" qoyuldu  |     19:27 DİN əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR (Video)  |     19:10 Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR  |     18:56 Elşad Quluyev vəzifəsindən azad edildi  |     18:43 Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər  |     18:41 Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir  |     18:22 Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT  |     18:04 Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT  |     17:51 General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir  |    
Left Banner
Right Banner

Saxta general ələ keçdi: Onminlərlə manat talayıb - FOTO

20.07.2024 16:25 1 713
Saxta general ələ keçdi: Onminlərlə manat talayıb - FOTO
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.

Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61 700 manatını dələduzluq yolu ilə talayıb.

Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.






скачать dle 11.3
Mojo.az Banner