Azərbaycanda dəhşət! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |    

Azərbaycanda dəhşət! Qadının ağzına qaynar su töküb, videosunu çəkdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Seymur Şahalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Seymur Şahalıyevə Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham irəli sürülüb. İttihamlar sırasında zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma, pornoqrafik məzmunlu materialları qanunsuz yayma, adam oğurluğu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər və digəriləri var. İttihamlar təsdiqlənsə, Seymur Şahalıyevə ömürlük cəza verilə bilər.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Seymur Şahalıyevin vəkili iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlə çıxış edib. Vəsatət müzakirə olunub, dövlət ittihamçısı Elvin Mirzəyev təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib. İşin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

İttihama görə, Seymur Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına qarşı xüsusilə ağır işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bundan başqa Seymur Şahalıyev qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda, qadının çılpaq videosunu çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb etməkdə təqsirləndirilir.

İş materiallarına görə qadın Seymur Şahalıyevin tələb etdiyi pulu verməyib, o, çəkidiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahalıyev Cinayət Məcəlləsinin hamilə qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda(134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə(144.2.1), qanunsuz azadlıqdan məhrum etmə (145.2.2), yetkinlik yaşına çatmayanı qanunsuz azadlıqdan məhrum etmə (145.2.3-cü), qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə (145.2.5), 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri (150.3.3), şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının yayılması (156.1), zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələduzluq (178.2.2), hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə(182.2.2), hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə(182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242) maddələri ittiham elan olunub.

Məhkəmə iyulun 24-də davam etdiriləcək.

///Musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 11.07.24 16:02