Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub

07.07.2025 20:54 687
Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər