Minimum əməkhaqqının artımı 950 min insanı əhatə edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |     19:58 Şimali Makedoniyadan Azərbaycana dəvə idxalına məhdudiyyət qoyulub  |     19:50 İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb  |     19:45 Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək  |     19:38 Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA  |     19:34 Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir  |     19:33 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |    

Minimum əməkhaqqının artımı 950 min insanı əhatə edəcək

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min insanı əhatə edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Qeyd edək ki, dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi.
Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 753 19.06.19 12:14