Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |     18:15 İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi  |     17:12 Lavrov: "Rusiya Azərbaycan-Ermənistan məsələsində heç kimin tərəfini tutmur"  |     16:59 Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib  |     16:39 Yasamal Rayon Polis İdarəsində YENİ TƏYİNAT  |     16:23 Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı  |     16:17 Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB - FOTO  |     14:39 Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib  |     14:37 Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi  |     13:55 Gəncədə 78 yaşlı kişini it dişləyib  |     13:48 Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib  |     13:12 Metroda dəmir yoluna əşya atanların cəriməsi ARTIRILDI  |     13:03 Astana aeroportunda 20 reys gecikib  |     13:02 Türkiyədə hoteldə yanğın baş verib, 10 nəfər ölüb, 32 nəfər yaralanıb  |     13:00 Tanınmış teleaparıcıya AĞIR İTKİ - FOTO  |     12:58 İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı  |     12:55 Əmək pensiyasının minimum məbləği fevralın 1-dən nə qədər olacaq?  |     12:54 Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı  |     12:53 ABŞ vətəndaşlığının alınması ilə bağlı qaydalar dəyişdirildi  |     12:50 Tanınmış plastik cərrahın qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib - FOTO  |    

Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib.

Bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.

Bildirilir ki, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında (CƏB) yaranan müsbət tendensiyalar hesabına baş verib.

Hesabata əsasən, cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25,7% (564 milyon dollar) artaraq, 2,8 milyard dollar olub:

“2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə profisit 6,3 milyard dollar məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2,1 dəfə (3,3 milyard dollar) artıb. Neft-qaz sektorunun 6,3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,8 milyard dollarlıq məbləğində kəsirini tam örtüb”.

AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.

Qeyd edək ki, tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabil qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 930 15.09.18 13:46