Ölkə sakinləri ərzaq, tütün və içkiyə 18 milyard xərcləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb - VİDEO  |     14:36 Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu  |     13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |     12:18 CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır  |     12:07 Bakı-Qazax yolunda 6 maşın toqquşdu  |     11:52 Bakıda bu ərazilərdə mənzillər bahalaşdı  |     11:45 Husilər Təl-Əvivdəki vacib obyektə ballistik raketlə zərbə endiriblər  |     11:37 Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub  |     11:31 Endirilən sürət həddi bərpa edildi  |     11:22 2024-cü ildə Azərbaycanda 31 mindən çox şəxsə əmək pensiyası təyin olunub  |    

Ölkə sakinləri ərzaq, tütün və içkiyə 18 milyard xərcləyir

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 35,3 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən oxu.az-a verilən xəbərə görə, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib. Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ildə istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 15.01.18 11:50