Mojo.az Banner
18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan

10.12.2024 17:09 1 284
Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan
Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

Bu barədə sığorta bazarındakı mənbədən bildirilib.

Məlumata görə, "Qeyri-dövlət pensiya fondları haqqında" qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur./APAскачать dle 11.3
Mojo.az Banner