Yeni ildə Azərbaycanda dollar bahalaşacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |    

Yeni ildə Azərbaycanda dollar bahalaşacaq?

Artıq 2024-cü il başa çatmaq üzrədir. İl sonuna yaxınlaşdıqca cəmiyyət arasında ABŞ dollarının bahalaşacağı ilə bağlı fikirlər səslənir.

Bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar beynəlxaql valyuta bazarında ABŞ dollarının dəyərinin artmasına səbəb olmuşdu.

Bəs dünya valyuta bazarındakı bu proseslərin Azərbaycan manatına təsiri olacaqmı? Ümumiyyətlə yeni ildə ABŞ dolları Azərbaycan manatına nisbətən bahalaşacaqmı?

Bu və digər suallara cavab tapmaq üçün tanınmış iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramova müraciət etdik.

Deputat Baku.ws-ə bildirdi ki, ABŞ dollarının aparıcı səbət valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. EKspertin sözlərinə görə, Azərbaycanda dollara tələb mövsümü olaraq dəyişir.

"Nəzərə alsaq ki, manatın dollara nisbətən məzənnəsi ölkəyə daxil olan valyuta həcmindən asılıdır. Növbəti dövrlərdə də, ölkəyə daxil olan valyutanın həcmində enerji məhsullarının qiyməti həledici olacaq.

Neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biridir", - deyə Vüqar Bayramov bildirib.

V.Bayramov onu da vurğuladı ki, bütövlükdə məzənnənin necə dəyişməsinə gəldikdə isə Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalır:

"Mərkəzi Bank da tədiyyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi, eləcə də valyuta bazarındakı tarazlığı nəzərə almaqla qərar qəbul edir.

Bu konteksdən həm ilin sonu, həm də növbəti ilin əvvəli üçün də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsində həledici olaraq qalacaq".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 08.10.24 20:28