Pensiyalarda artım nə qədər olacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:54 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU  |     16:53 Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb (YENİLƏNİB)  |     16:36 Tanınmış ekspert həbs edildi  |     16:35 Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi  |     16:20 "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT  |     15:41 Saxta diş həkimlərinin ifşası - "Çəkilişi görüb, "işləmir" dedilər" - VİDEO  |     15:29 İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb  |     14:05 Xocalı gil yatağı satılacaq  |     13:48 Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb  |     13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |    

Pensiyalarda artım nə qədər olacaq?

"Ölkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Taarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq".

Median.Az
bildirir ki, bu fikirləri Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:

"Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var".

İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:

"Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var".

Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:

"Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 30.09.24 19:42