Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |     18:57 Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib  |     18:56 Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib  |     18:55 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     18:54 Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb  |     18:53 Axios: ABŞ Konqresi əməkdaşlarına Çinin “DeepSeek”indən istifadə etməyi yasaqlayır  |     18:52 COVID-19-dan ölüm riskini artıran xəstəliklər açıqlanıb  |    

Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi

Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda orta illik inflyasiyanı 2024-cü il üçün 2.2%, 2025-ci il üçün 4.7%, 2026-cı il üçün isə 4.5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə məlumatlar "ING Group" şirkətinin hesabatına istinadən yayımlanıb.

Yenilənmiş hesablamalara əsasən, cari və 2025-ci il üçün inflyasiya proqnozu 0.7, 2026-cı il üçün isə 0.3 faiz bəndi artırılıb.

Yenilənmiş proqnozlara görə, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiyanın 3.2%, dördüncü rübündə isə 4.5% olacağı gözlənilir.

Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5.5%, ikinci rübündə 5.9%, üçüncü rübündə 4% və dördüncü rübündə 3.6% səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1% artıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 2.7% olacağını proqnozlaşdırır.

Azərbaycan Mərkəzi Bankı isə ölkədə orta illik inflyasiyanı 2024-cü ildə 5.4%, 2025-ci ildə 5.5% səviyyəsində proqnozlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 10.09.24 20:59