Axios: ABŞ Konqresi əməkdaşlarına Çinin “DeepSeek”indən istifadə etməyi yasaqlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |    

Axios: ABŞ Konqresi əməkdaşlarına Çinin “DeepSeek”indən istifadə etməyi yasaqlayır

ABŞ Nümayəndələr Palatasının administrasiyası Konqres əməkdaşlarını Çin çatbotu “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Səbəb kiber təhlükələrlə bağlı narahatlıqdır.

Bu barədə “Axios” portalı yazıb.

ABŞ Konqresi Amerika süni intellekt (Sİ) bazarında sürətlə populyarlıq qazanan Çin çatbotu “DeepSeek” ilə bağlı risk xəbərdarlığı alıb. Konqresmenlərin ofislərinə göndərilmiş bildirişlərə görə, “DeepSeek”dən Nümayəndələr Palatasının işində istifadə rəsmən yasaqlanıb.

“Hazırda “DeepSeek” CAO (Mərkəzi Tətbiqlər Ofisi – red.) tərəfindən nəzərdən keçirilir və hal-hazırda Nümayəndələr Palatasında rəsmi istifadə üçün icazə verilmir”, – bildirişdə qeyd olunub.

Bildirilib ki, bədniyyətlilər artıq zərərli proqram təminatını yaymaq və cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edirlər. “Bu riskləri minimuma endirmək üçün Nümayəndələr Palatası bütün xidməti cihazlarda “DeepSeek” funksionallığını məhdudlaşdırmaq üçün təhlükəsizlik tədbirləri görüb”, – sənəddə deyilib.

Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib.

Qeyd edək ki, bu, CAO-nun Sİ məhsullarından istifadəyə məhdudiyyətlər qoyduğu ilk hal deyil. 2023-cü ildə qurum “ChatGPT”yə məhdudiyyətlər qoyub və müəyyən tapşırıqlar üçün yalnız “OpenAI”ın ödənişli versiyasından istifadəyə icazə verib. Həmçinin ötən ilin aprelində əməkdaşlara “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            87 31.01.25 18:53