Azərbaycanda yumurta bahalaşacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |     18:57 Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib  |     18:56 Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib  |     18:55 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     18:54 Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb  |     18:53 Axios: ABŞ Konqresi əməkdaşlarına Çinin “DeepSeek”indən istifadə etməyi yasaqlayır  |     18:52 COVID-19-dan ölüm riskini artıran xəstəliklər açıqlanıb  |    

Azərbaycanda yumurta bahalaşacaq?

"Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb".

Bunu "Trend"ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi:

"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".

Sədr ölkəmizdə yumurtanın qiymətinin artacağı ilə bağlı xəbərlərə də toxunub:

"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu səbəblərdən də yumurtanın qiymətində artım olmayacaq. Bazarda yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".

M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.

"Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir", - deyə o qeyd edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 25.06.24 14:37