Macarıstan Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:40 Paşinyan: "Ermənistanda 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb"  |     14:33 Pakistanda daha bir vətəndaşda təhlükəli virus aşkarlandı  |     14:29 Dəhşətli cinayətlə bağlı ETİRAF: "İki qardaşı arvadı ilə eşq yaşayırdı, Narin bunlardan birini..." - FOTO  |     14:23 “Miss Türkiyə” birincisi səfirin qızı imiş  |     14:21 Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülhə təhdiddir  |     14:19 "McLaren"in rəhbəri: "Bakıdakı yarış hər zaman maraqlı olur"  |     14:09 Ağcabədidə 26 yaşlı qız özünü güllələdi  |     13:53 Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb  |     13:45 Marşrut avtobusunun sürücüsü məhkəmə zalında həbs olundu  |     13:21 Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR  |     13:05 Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi  |     12:55 ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib  |     12:53 Sumqayıtda silah-sursat aşkarlandı  |     12:51 Bakının mərkəzində ofis binasında faciə  |     12:50 Bakı həbsxanasında daha bir ÖLÜM  |     12:48 Bakı bulvarının müvəqqəti bağlanması xəbərinə RƏSMİ REAKSİYA  |     12:30 Avrokubok oyunları Azərbaycanın iki kanalında yayımlanacaq  |     12:18 Relsin üzərində uzandı, qatar üstündən keçdi  |     12:15 Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin ETDİ  |     12:10 Təcili Tibbi Yardım Stansiyasının sürücüsü arvadını döydü - HÖKM  |    

Macarıstan Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır

“Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil”.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.

Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsinin illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil və belə şəraitdə diversifikasiya sadəcə illüziya olaraq qalır.

XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.

Bu səbəbdən, onun fikrincə, “şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”.

Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            837 08.11.23 22:37