Dövlət Gömrük Komitəsi Hesablama Palatasına cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:27 Gəncədə 15 yaşlı yeniyetmə BIÇAQLANDI: Sinif yoldaşı saxlanıldı  |     12:26 Alyona Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO  |     11:52 Son zamanlar ən çox yayılan "A qrip"i virusu təhlükəlidir? - VİDEO  |     11:51 216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır? - VİDEO  |     11:49 Samiq Sadıxov Coşqun Babayevə yüksək VƏZİFƏ VERDİ  |     11:33 Əməkdar artist Zöhrab Axundov vəfat etdi  |     11:31 Pezeşkian Ermənistana səfər edəcək  |     11:28 Bakıda insanlara zirzəmidən çıxarılan su SATILIR - İDDİA (VİDEO)  |     11:15 Azərbaycanda professor vəfat etdi - FOTO  |     11:04 Azərbaycanda Qurban bayramı qeyd olunur  |     23:01 Astronomlar kiçik ulduzun ətrafında fırlanan nəhəng planet kəşf etdi  |     22:56 Közərmə lampalarını satanları hansı cərimə gözləyir? (VİDEO)  |     22:49 Mask-Tramp qarşıdurması fonunda "Tesla" səhmləri 10 % ucuzlaşıb  |     22:31 Bioloji qocalmanın əsas mümkün səbəbi açıqlandı  |     22:24 Ağdərədə bir evi 54 minə təmir edən şirkət kimindir?  |     22:19 Bakı-Tiflis qatarı açıla bilərmi? (AÇIQLAMA)  |     22:10 Türkiyədə 13 mərtəbəli binadakı yanğın nəticəsində üç nəfər ölüb - YENİLƏNİB  |     22:04 "Starlink" Azərbaycanda rəsmi qeydiyyata alınıb  |     21:55 "Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR  |     21:45 Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb  |    

Dövlət Gömrük Komitəsi Hesablama Palatasına cavab verib

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb.

Bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.

Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinn ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir. Yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.

Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi, bu növ əməliyyatlar yerli bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədi daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməz. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.

“Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına “gömrük nəzarəti” barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildiririk ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir”, - deyə açıqlamada qeyd olunub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 09.04.21 22:33