Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə bıçaqlanan azərbaycanlı federasiya prezidenti: "Həyatım üçün hələ də ciddi təhlükə var"

05.06.2025 14:24 1 752
Türkiyədə bıçaqlanan azərbaycanlı federasiya prezidenti:
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.

Araz Musayev bu barədə şəxsi sosial media hesabından paylaşım edib.

O bildirib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər ona arxadan hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar.

A.Musayevin sözlərinə görə, onu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar.

Federasiya prezidenti deyib ki, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq:

"Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasının qapısında 15-20 polis əməkdaşı dayanıb. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Mənim heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq".

Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb.

Son xəbərlər