Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bioloji qocalmanın əsas mümkün səbəbi açıqlandı

05.06.2025 22:31 948
Bioloji qocalmanın əsas mümkün səbəbi açıqlandı
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, nekroz - yəni hüceyrələrin nəzarətsiz şəkildə ölümü - bioloji qocalmanın əsas amillərindən biri ola bilər.

Bu nəticələr "Oncogene" jurnalında dərc edilib.

Tədqiqatçılar bildiriblər ki, nekroz - hüceyrələrin dağılmasına və ətraf toxumaların zədələnməsinə səbəb olan nizamsız və dağıdıcı bir hüceyrə ölümüdür. Bu proses iltihaba gətirib çıxarır və xroniki xəstəliklərin inkişafını sürətləndirir. Nəzarət edilən və "təmiz” hüceyrə ölümü olan apoptozdan fərqli olaraq, nekroz zamanı hüceyrə membranları parçalanır, DNT fraqmentləşir və hüceyrə daxili maddələr nizamsız şəkildə ətrafa yayılır.

Tədqiqatın aparıcı müəllifi, Britaniyanın "LinkGevity" biotexnologiya şirkətinin qurucusu Karina Kern hesab edir ki, nekroz sadəcə qocalmanın nəticəsi deyil, onun əsas mexanizmi ola bilər.

Alim əlavə edib ki, yaş artdıqca hüceyrələr nekroza qarşı daha həssas olur və bu, orqanizmdə zədələrin yığılmasına, müqavimətin azalmasına və bioloji tənəzzülün sürətlənməsinə gətirib çıxarır.

Tədqiqatda nekrozun xərçəng, ürək-damar xəstəlikləri, böyrək pozğunluqları və neyrodegenerativ xəstəliklərin inkişafındakı rolu araşdırılıb. Alimlər qeyd ediblər ki, nekrozun dağıdıcı təsiri xüsusilə aqressiv onkoloji xəstəliklərdə daha qabarıq şəkildə özünü göstərir. Nəzarətsiz hüceyrə ölümü şişlərin böyüməsini sürətləndirir, yeni qan damarlarının yaranmasına şərait yaradır və immun sistemində sabitliyi pozur.

Müəlliflər hesab edirlər ki, nekrozu işə salan proseslərə - məsələn, hüceyrələrdə kalsium balansının pozulmasına - yönəlmiş müalicələr xroniki və yaşla bağlı xəstəliklərin terapiyasında yeni istiqamətlər aça bilər. Baxmayaraq ki, daha əvvəl kalsium kanallarını bloklamağa yönələn cəhdlər (xüsusilə insult zamanı) uğurlu olmayıb, nekroz mexanizminin dərk edilməsi yeni imkanlar yaradır.
//qaynar.azскачать dle 11.3

Son xəbərlər