Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq | 18:36 Pensiyaların ödənilməsi ilə bağlı açıqlama – TARİXLƏR | 18:29 Adanada zəlzələ olub | 18:10 Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video |
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda gözdən əlil qadını amansızlıqla öldürməkdə şübhəli bilinən şəxs HƏBS OLUNDU

05.06.2025 12:42 1 554
Xaçmazda gözdən əlil qadını amansızlıqla öldürməkdə şübhəli bilinən şəxs HƏBS OLUNDU
Xaçmazda iki il əvvəl gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanı öldürməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov həbs olunub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə 2023-cü il iyulun 18-də Xəqani Rəhmətovun Gülxar Cahangirovanın köməksiz vəziyyətindən istifadə edərək onu taksi kimi ünvana aparacağı bəhanəsi ilə idarə etdiyi avtomobilə əyləşdirməsinə, daha sonra Xaçmaz rayonu, Xaspoladoba kəndi istiqamətində yerləşən Qudyalçay çayının kənarına apararaq avtomobildən endirib ona məxsus pul kisəsini götürməsinə, fiziki zor tətbiq edərək arxaya itələyib yıxmasına, bir neçə saat sonra həmin yerə qayıtdıqda sonuncunun öldüyünü aşkar etməsinə və meyiti avtomobilə yerləşdirib Xaçmaz rayonu, Əzizli kəndi istiqamətindəki meşəlik əraziyə aparmasına, eləcə də meyiti və zərərçəkmişə məxsus əşyaların olduğu bağlamanı meşənin dərinliyində gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü maddələri (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xaçmaz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtyarış tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Son xəbərlər