Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Közərmə lampalarını satanları hansı cərimə gözləyir? (VİDEO)

05.06.2025 22:56 660
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? (VİDEO)
Közərmə lampalarını satanlar cərimələnəcək.

Növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir.

Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.

Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialı təqdim edirik.скачать dle 11.3
Mojo.az Banner