Mojo.az Banner
16:07 "Qarabağ" növbəti ayrılığı açıqladı - FOTO  |     16:06 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ  |     15:47 Xaçmazda yük qatarının vurduğu şəxs öldü  |     15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |     14:45 60 yaşlı kişi Bakıda hoteldə öldü  |     14:44 Əli Əsədov Oljas Bektenovu təbrik edib  |     13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

İnzibati Xətalar Məcəlləsində dəyişiklik: Bəzi şəxslər beş min manatadək cərimələnə bilərlər

19.02.2025 14:13 1 293
İnzibati Xətalar Məcəlləsində dəyişiklik: Bəzi şəxslər beş min manatadək cərimələnə bilərlər
Azərbaycanda 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və yaxud satışına görə cərimələr müəyyənləşir.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Məcəlləyə əlavə edilmiş yeni maddəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata, hüquqi şəxslər 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.

Həmçinin, daha bir dəyişikliklə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata, hüquqi şəxslər 4 000 manatdan 5 000 manata qədər cərimə edilir.

Dəyişikliklər 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə isə gələn il iyulun 1-dən qüvvəyə minir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentin müzakirəsinə təqdim edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsindən irəli gəlir. Belə ki, həmin sənədlə istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən müxtəlif gücə malik olan elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qeyd edilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinə müvafiq normaların əlavə edilməsi və texniki xarakterli bəzi dəyişikliklərin edilməsi təklif edilir. Eyni zamanda sanksiyalaşdırılması təklif olunan inzibati xətalar üzrə işlərin baxılması aidiyyəti müəyyənləşdirilərək, həmin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqan qismində rayon (şəhər) məhkəmələrinin olduğu müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner