“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB+VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB+VİDEO

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşıb.


Median.Az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Çempionlar Liqasında mübarizəsini başa vuran Ağdam klubu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:2

Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)


***

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Median.Az
xəbər verir ki, görüşdə ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qonaqlar fərqi artırıb – 2:0.

68-ci dəqiqədə Matiç komandasının ikinci qoluna imza atıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:2

Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)

***

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab açılıb.

Bakıda keçirilən matçın 34-cü dəqiqəsində qonaqlar fərqləniblər. Tomas De Vinsenti penaltidən komandasını hesabda önə çıxarıb - 1:0.

***

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başlayıb.

Median.Az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxıblar.

Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdi. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviçdi (Bosniya və Herseqovina).

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 205 13.08.19 22:43