Ronaldo özü ilə Messi arasında olan fərqi izah etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Ronaldo özü ilə Messi arasında olan fərqi izah etdi

Portuqaliya millisinin və "Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo özü ilə "Barselona”nın kapitanı Lionel Messi arasında olan fərqi izah edib.

Portuqaliyalının sözlərinə görə, argentinalıdan fərqi olaraq, o, müxtəlif klublarda oynayıb.

"Mən müxtəlif klublarda oynamışam. Çempionlar Liqasında müxtəlif komandalarla qalib gəlmişəm. Altı dəfə ard-arda turnirin ən yaxşı bombardiri olmuşam. Hamı Çempionlar Liqasında beş qələbəsi ilə öyünə bilməz”, - futbolçu danışıb.

O, həmçinin, Messinin nailiyyətlərini də qeyd edib.

"Leo - əla futbolçudur. Onu təkcə beş "Qızıl top” sahibi kimi yox, həm də mənim kimi yüksək dərəcəli peşəkar kimi xatırlayacaqlar”, - Ronaldo əlavə edib.

Qeyd edək ki, K. Ronaldo dörd dəfə "Real Madrid”in və bir dəfə "Mançester Yunayted”in oyunçusu kimi Çempionlar Liqasında qalib olub. Messi isə ("Barselona”) dörd dəfə sözügedən turnirdə qalib olub. Hər iki futbolçu beş dəfə "Qızıl top” qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 662 13.08.19 21:08