“Trabzonspor”dan Mahirlə bağlı - Açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  |     14:50 Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu  |     13:46 Kürdəmirdə qadın əməliyyatdan sonra öldü  |     13:41 Əhaliyə xəbərdarlıq - Sabah saat 10:00-dan...  |     13:27 Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi  |     13:17 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı  |     13:00 Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI  |     12:52 Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR  |     11:56 DİN məlumat yaydı - Bu zənglərlə danışıq aparmayın!  |     11:39 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     11:35 Ağacdan yıxılan kişi altı gün sonra evində öldü  |     11:30 Nazir daha bir qadına VƏZİFƏ VERDİ - FOTO (Yenilənib)  |     11:22 Bir ailənin üç üzvü dəm qazından zəhərləndi  |     11:17 Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ  |     11:10 Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir  |     11:04 Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub  |     23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |    

“Trabzonspor”dan Mahirlə bağlı - Açıqlama

Türkiyənin "Trabzonspor” klubu Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer edəcəyinə dair yayılan xəbərə münasibət bildirib.

Açıqlama verən klubun Futbolçu İzləmə Komitəsinin sədri İhsan Derelioğlu xəbəri təkzib edib.

"Hazırda gündəmdə belə bir məsələ yoxdur. Çox güman ki, menecerlər "Trabzonspor”un adından istifadə edib”, - deyə klub rəsmisi bildirib.


Qeyd edək ki, Türkiyə mətbuatı Super Liqa təmsilçisinin Mahir Emrelini transfer edəcəyinə dair xəbər yaymışdı. Mahirin özü isə "Qafqazinfo”ya açıqlamasında müxtəlif təkliflər olduğunu təsdiqləmiş, indiki halda fikrini "Qarabağ”ın oyunlarına yönəltdiyini bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 08.08.19 21:37