Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu

14.05.2025 14:50 588
Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.

Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Bundan sonra çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.скачать dle 11.3

Son xəbərlər