Mojo.az Banner
18:56 Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı  |     18:18 Ukrayna "Maşa və Ayı" cizgi filminin "Netflix"də qadağan edilməsini istəyir  |     18:13 Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?  |     17:53 Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu  |     17:52 Ceyhun Bayramov Moskvaya gedir  |     17:48 Samuxda kütləvi zəhərlənmə  |     17:45 ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq  |     17:06 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı  |     16:57 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ  |     15:04 Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb  |     14:45 FIFA-dan qalmaqallı qərar: Dünya çempionatının finalında fasilə niyə uzadılır?  |     14:35 Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib  |     13:43 Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI  |     13:37 Bakının bir küçəsində hərəkət istiqaməti dəyişdirilir  |     13:36 Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - Video  |     13:12 Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü  |     13:12 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR  |     13:01 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO  |     12:29 Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı - VİDEO  |     12:23 Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO  |    
Left Banner
Right Banner

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir

14.05.2025 11:10 603
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir
Ölkə ərazisində müşahidə olunan olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26%-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21%-i), Ağstafada 27 (aylıq normanın 51%-i), Daşkəsəndə 23 (aylıq normanın 23%-i), Tovuzda 22 (aylıq normanın 41%-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan, Cəlilabad, Xınalıq, Xaltan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.

Sumqayıt, Pirallahı, Şərur, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Sədərək, Qax, Quba, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağdam və Bərdədə 22, Göyçay, Oğuz, Gəncə, Daşkəsən və Tərtərdə 20, Culfada 19 m/s-dək güclənir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-də 11, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner