Millimiz dünya çempionatına 22 güləşçi ilə yollanacaq - HEYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:54 İsrail ordusu Yəməni üç limanını boşaltmağa çağırdı  |     15:44 Təbrizdə Qacarlar dövrünə aid tarixi tikili sökülüb  |     15:19 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI  |     14:54 Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  |     14:50 Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu  |     13:46 Kürdəmirdə qadın əməliyyatdan sonra öldü  |     13:41 Əhaliyə xəbərdarlıq - Sabah saat 10:00-dan...  |     13:27 Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi  |     13:17 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı  |     13:00 Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI  |     12:52 Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR  |     11:56 DİN məlumat yaydı - Bu zənglərlə danışıq aparmayın!  |     11:39 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     11:35 Ağacdan yıxılan kişi altı gün sonra evində öldü  |     11:30 Nazir daha bir qadına VƏZİFƏ VERDİ - FOTO (Yenilənib)  |     11:22 Bir ailənin üç üzvü dəm qazından zəhərləndi  |     11:17 Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ  |     11:10 Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir  |     11:04 Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub  |     23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |    

Millimiz dünya çempionatına 22 güləşçi ilə yollanacaq - HEYƏT

Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək heyət açıqlanıb.

Mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında xalça üzərinə Mahir Məmmədzadə (-57 kq), Əsgər Məmmədəliyev (-61 kq), Turan Bayramov (-65 kq), Əşrəf Aşırov (-70 kq), Hacımurad Hacıyev (-74 kq), Əbubəkr Abakarov (-79 kq), Məhəmməd Asiyatilov (-86 kq), Asxab Həmzətov (-92 kq), Temraz İsmayılov (-97 kq) və İslam Abuyev (-125 kq) çıxacaq.

Qadınların yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (-50 kq), Jalə Əliyeva (-62 kq) və Ceyla Nağızadə (-65 kq) mübarizə aparacaq.

Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq.

Heyətdə Zaur Əliyev (-55 kq), Əsgər Əlizadə (-60 kq), Zaur Nuriyev (-63 kq), Adəm Hacızadə (-67 kq), Ülvi Qənizadə (-72 kq), Nəsir Həsənov (-77 kq), Laçın Vəliyev (-87 kq), Xəyal Mehdiyev (-97 kq) və Sərxan Məmmədov (-130 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 737 08.08.19 18:14