Atambayev saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:54 İsrail ordusu Yəməni üç limanını boşaltmağa çağırdı  |     15:44 Təbrizdə Qacarlar dövrünə aid tarixi tikili sökülüb  |     15:19 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI  |     14:54 Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  |     14:50 Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu  |     13:46 Kürdəmirdə qadın əməliyyatdan sonra öldü  |     13:41 Əhaliyə xəbərdarlıq - Sabah saat 10:00-dan...  |     13:27 Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi  |     13:17 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı  |     13:00 Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI  |     12:52 Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR  |     11:56 DİN məlumat yaydı - Bu zənglərlə danışıq aparmayın!  |     11:39 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     11:35 Ağacdan yıxılan kişi altı gün sonra evində öldü  |     11:30 Nazir daha bir qadına VƏZİFƏ VERDİ - FOTO (Yenilənib)  |     11:22 Bir ailənin üç üzvü dəm qazından zəhərləndi  |     11:17 Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ  |     11:10 Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir  |     11:04 Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub  |     23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |    

Atambayev saxlanıldı

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.

Bununla bağlı “İnterfaks” xəbər yayıb.

Onun Koy-Taş kəndindəki evində aparılan əməliyyatda Daxili İşlər Nazirliyinin iki minə yaxın əməkdaşı iştirak edib. Əməliyyata şəxsən Qırğızıstan Daxili İşlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib.

Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.

A.Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

Dünən axşam saatlarında güc strukturlarının Atambayevin qaldığı evə basqını zamanı baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, 48 nəfər yaralanıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 590 08.08.19 18:01