Azərbaycanlı həmcinslərini Türkiyədə satan qadın azadlığa buraxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:19 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI  |     14:54 Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  |     14:50 Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu  |     13:46 Kürdəmirdə qadın əməliyyatdan sonra öldü  |     13:41 Əhaliyə xəbərdarlıq - Sabah saat 10:00-dan...  |     13:27 Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi  |     13:17 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı  |     13:00 Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI  |     12:52 Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR  |     11:56 DİN məlumat yaydı - Bu zənglərlə danışıq aparmayın!  |     11:39 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     11:35 Ağacdan yıxılan kişi altı gün sonra evində öldü  |     11:30 Nazir daha bir qadına VƏZİFƏ VERDİ - FOTO (Yenilənib)  |     11:22 Bir ailənin üç üzvü dəm qazından zəhərləndi  |     11:17 Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ  |     11:10 Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir  |     11:04 Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub  |     23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |    

Azərbaycanlı həmcinslərini Türkiyədə satan qadın azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Gülnar Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və qadın məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü G.Mirzəyeva ötən il həbs edilib. O, azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham edilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən G.Mirzəyevanın barəsində bir qrup şəxs idarəyə müraciət edib.

Müraciət edən zərərçəkmiş qadınlar bildiriblər ki, G.Mirzəyeva onları aldadaraq işləmək adı ilə Türkiyənin İstanbul şəhərinə aparıb. Orada onların ümumvətəndaş paportlarını əlindən alıb, hotellərdə başqa-başqa kişi müştərilərlə pul əvəzində görüşdürərək pul qazanıb.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 118 08.08.19 17:21