Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |    

Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO

Gəncə avtomobil zavodunda yeni yığım xəttinin açılış mərasimi təşkil olunub.

Median.Az
 oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb.

Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.

Gəncə avtomobil zavodunda Belarus və Azərbaycan maşınqayıranlarının əməkdaşlığının birgə səylərinin növbəti nəticəsi kimi fəaliyyətə başlayan iki yeni yığım xəttinin açılışında Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy, Belarus ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi ictimaiyyəyətinin nümayəndələri də iştirak ediblər.

Taxılyığan kombaynın yığım xətti ilə taniş olduqdan sonra qonaqlar E-321 markalı elektrobusun təqdimatına qatılıblar, həmçinin onun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.

Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir.

83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub.

Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur .

Mühərriki 155 at gücündə olan “PALESSE KZS-575” markalı taxılyığan kombaynı isə kənd təsərrüfatı texnikalarının son nəslindəndir. Bu kombayn kiçik və orta təsərrüfatlar üçün, kompakt və manevrli texnika istəyənlər üçün çox əlverişli bir texnikadır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 731 14.05.19 19:05