Narkotik satışı ilə əlaqədar tanışını öldürən şəxsin şikayəti təmin olunmayıb - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Narkotik satışı ilə əlaqədar tanışını öldürən şəxsin şikayəti təmin olunmayıb - FOTOLAR

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini İlham Əliyevin (1968-ci il təv.) CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2016-cı il noyabrın 26-ı saat 22 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivində yerləşən 226 saylı evin yaxınlığında qəsəbə sakini Kamran Quliyevin meyiti aşkar edilib. Həmin axşam qəsəbə sakini, 22 yaşlı Vüqar Əlizadə Sabunçu RPİ 14-cü polis bölməsinə gələrək, Kamran Quliyevi 150 manat məbləğində pul borcu ilə əlaqədar bıçaqlayıb, öldürdüyünü etiraf edib.

Təyin olunan MTE-nın rəyinə görə, Kamran Quliyevin bədən səthində 13 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib. Ölümünə daxili üzvlərin zədələnmısi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqda dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində ziddiyyətlər yarandığından cinayət işi Bakı şəhər prokurorluğuna göndərilib. Vüqar Əlizadənin verdiyi növbəti ifadədən sonra, 2017-ci il avqustun 8-də Maştağa qəsəbə sakini., əvvəllər məhkum olunmuş İlham Əliyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müyyən edilib ki, İlham Məmmədov 2016-cı ilin noyabr ayında Vüqar Əlizadənin vasitəsi ilə Kamran Quliyevə narkotik vasitə olan marixuanaya görə, sonuncu tərəfindən 140 manat məbləğində pulun ödənilməməsi ilə bağlı aralarında narazılıq yaranıb. Buna aydınlıq gətirmək məqsədi ilə, noyabrın 26-ı saat 21 radələrində Vüqar Əlizadənin gözətçi olduğu Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, 226 ünvanında yerləşən evdə Kamran Quıiyevlə görüşüb. Mübahisə zamanı İlham Kamranın yaxasından tutub, onu həyətə çıxarıb. Əlbəyaxa olarkən, əvvəl Vüqar mətbəx bıçağı ilə tanışına, ölümlə səbəbli əlaqəsi olan ağır dərəcəli bədən xəsarəti yetirib. Kamran yaralı vəziyyətdə həyətdən çıxıb, qaçarkən İlham, onu təqib edib, tutub və Vüqarın əlindən aldığı bıçaqla zərərçəkmişin, onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib.

İş üzrə dindirilmiş Vüqar Əlizadə bildirib ki, Kamran Qulyevi İlham Əliyev öldürüb.Hadisədən sonra tanışı "3 uşağı olduğunu, 4 aydır həbsxanadan çıxdığını, bir də ora qayıtmaq istəmədiyini" deyib, "işi öz boyununa götürməsini, evini satıb, ona köməklik edəcəyini, narkotik məsələsini deməməsini, hadisənin pula görə olmasını, bıçağın Kamrana məxsus olduğunu" deməsini bildirib. Vüqar baş verənləri tam dərk etmədiyindən İlhamla razılaşıb. Ona görə də Əliyev güya söyüş söydüyünə görə onun Quliyevi vurduğunu atası isə anasına deyərkən, susmaqla İlhamın söylədiklərini təsdiq edib. Həmin axşam dayısı Vüqarı polis bölməsinə aparıb. Orda o, Kamranı bıçaqla vurub, öldürməsini etiraf edib. Lakin bir müddətdən sonra Əlizadə qeyd edib ki, ilkin ifadəsi yalandır. O bildirib ki, İlham Əliyevin xahişi ilə qəsdən belə ifadə verərək, hamını çaşdırmaq istəyib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş İlham Əliyev söyləyib ki, Kamran Quliyevi Vüqar Əlizadə öldürüb. Onun sözlərinə görə, güya Vüqarın atası Bayraməli Əliyev ondan xahiş edib ki, "polislərə Kamranın oğlunun üstünə 150 manat borcunu tələb etməyə gəldiyini, mübahisə zamanı Vüqarın bıçağı əlindən alıb, onu vurduğunu" desin. Ona görə də o, istintaqda belə ifadə verib. Hadisə zamanı o, Kamrana heç bir bıçaq zərbəsi vurmadığını, həmçinin zərərçəkmişi öldürməsi barədə Vüqar Əlizadənin verdiyi ifadəsinin yalan olduğunu bildirib.

2018-ci il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əliyev 17 il 6 ay, Vüqar Əlizadə 17 il müddətinə azadlıqdan məhrumetmə
cəzalarına məhkum olunublar.

Hökmdən narazı qalan İ.Əliyev apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, onun şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 464 23.04.19 13:19